Sərvət Çətin "Qalatasaray"dan ayrılır!

14 May 2012 16:10 (UTC+04:00)
Şənbə günü 18-ci çempionluğunu "Fənərbaxça"nın stadionunda elan edən "Qalatasaray"da, artıq bütün diqqətlər qarşıdakı aylarda həyata keçiriləcək yeni transferlərə və komandadan gedəcək futbolçulara yönəlib.Siasport.az saytı xəbər verir ki, artıq "Qalatasaray"la müqaviləsi başa çatan Sərvət Çətinin komandadan ayrılacağı dəqiqdir. Türkiyə mətbuatı xəbər verir ki, baş məşqçi Fatih Terimin heyətdə görmək istəmədiyi təcrübəli futbolçuya Türkiyə klublarından və xarici klublardan təkliflər gəlib. Onun adı daha çox Rusiyanın "Spartak" klubu ilə hallandırılır.