TÜRKPA baş katibi Dünya Türk Gəncləri Birliyinin XI Liderlər Zirvəsində iştirak edəcək

14 May 2012 13:00 (UTC+04:00)

TÜRKPA baş katibi Ramil Həsənov Dünya Türk Gəncləri Birliyinin 16-19 may 2012-ci il tarixində Ankara şəhərində keçiriləcək XI Liderlər Zirvəsində iştirak edəcək. Qurumdan SİA-ya verilən məlumata görə, TÜRKPA baş katibi tədbirin rəsmi açılış mərasimində çıxış edəcək. Həmçinin Ankaraya səfər çərçivəsində Ramil Həsənovun TÜRKPA-nın III plenar sessiyasına hazırlıq məqsədi ilə TBMM millət vəkili, TÜRKPA hüquq məsələləri komissiyasının sədri Haluk İpek və TBMM aparat rəhbəri İrfan Neziroğlu ilə görüşləri nəzərdə tutulub. Səfər zamanı TÜRKPA baş katibini, baş katibin müavini Kürşad Melih Sarıarslan müşayət edəcək.