Ermənilər atəşkəsi pozub

14 May 2012 10:17 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 13-də saat 17.30-dan 17.50-dək və mayın 14-də 06.15-dən 06.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi, saat 02.10-dan 02.20-dək Fizuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.