Rumıniya Bakı səhnəsində \"Məşəlini alovlandır\"dı

13 May 2012 18:45 (UTC+04:00)
Rumıniyanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi \"Mandinga\" qrupu \"Bakı Kristal Zalı\"nın səhnəsində alovlandırdı. SİA-nın məlumatına görə, bu gün bu ölkənin də məşqi və mətbuat konfransı olub.


Heydər Əliyev Beynəlxalq Hava Limanından birbaşa \"Bakı Kristal Zalı\"na gələn qrup üzvləri bu haldan məmnun olduqlarını deyiblər. Məşq zamanı qrup üzvlərinin səhnə şousu da məlum olub. Onlar səhnədə alov şousundan istifadə edərək məşəllərini alovlandırıblar. \"Mandinga\" üzvləri Bakı səhnəsində flaşmob göstərəcəklərini bildiriblər. \"Biz \"Mandinga\" Bakıdayıq və sizi salamlayırıq. Bizə səs verin!\".