\"Sinplus\" qrupu: \"Müsabiqədə İsveçrənin qalib gəlməsini istəyirik\"- MÜSAHİBƏ

13 May 2012 18:06 (UTC+04:00)
İsveçrə təmsilçisi \"Sinplus\" qrupunun üzvü Qabriel \"Eurovision- 2012\" mahnı müsabiqə haqqında fikirlərini SİA-ya bildirib.


- Eurovision mahnı müsabiqəsinin builki paytaxtı haqqında fikirləriniz necədir?


- Şəhəriniz çox gözəldir. Bakı çox cazibədar şəhərdir. Müsabiqənin keçiriləcəyi \"Bakı Kristal Zal\"-ın quruluşu isə çox maraqlı və həcmi də böyükdür. Bakıya dünən gəlmişik. Küçələriniz, Xəzər dənizi, bir sözlə hər tərəf möhtəşəmdir. Buraya gözəl şou göstərməyə gəlmişik. İnanırıq ki, buna nail olacağıq. Biz burada çox maraqlı 2 həftə keçirəcəyik.


- Hansı ölkənin qalib olmasını istərdiniz?


- Müsabiqədə İsveçrənin qalib gəlməsini istəyirik(gülür..) Çünki öz səsimizə və mahnımıza inanırıq. Özümüz özümüzün qalib olmağımızı istəyirik, lakin kimin qalib gələcəyini praqnoz verə bilmərik.


- Hansı ölkənin qalib olacağını təxmin edə bilərsiniz?


- Bunu təxmin etmək çox çətindir, çünki burada çox güclü ifaçılar var.