Monteneqro təmsilçisi: \"Mən Əzizə Mustafazadənin mahnılarını həvəslə dinləyirəm\"

13 May 2012 12:36 (UTC+04:00)
\"Pərəstişkarımın olub-olmadığını bilmirəm. Amma bir pərəstişkarım belə varsa, onu salamlayıram\". Bunu Monteneqronun təmsilçisi Rambo Amadeus bildirib. SİA-nın məlumatına görə, bu gün \"Bakı Kristal Zalı\"nda ilk məşq edəcək Rambo Amadeus bir gün əvvəl arenada olub və eurovision.az saytına müsahibə verib.


O, Azərbaycanın caz ifaçısı Əzizə Mustafazadəni çox bəyəndiyini bildirib. \"Eurovision mahnılarındansa, Əzizə Mustafazadəni dinləyirəm\" - deyə Monteneqro təmsilçisi qeyd edib.