Yan Ola Sand: \"Eurovisioni 2012\"ni 1500-dən çox jurnalist işıqlandıracaq\"

13 May 2012 12:30 (UTC+04:00)
Bakıdakı müsabiqəni işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı jurnalistlər Azərbaycana gəlir. Eurovision Mahnı Müsabiqəsinin rəhbəri (Executive Supervisor) Yan Ola Sand eurovision.az saytına müsahibəsində bildirib ki, Eurovision 2012-nin Mətbuat Mərkəzində müsabiqə müddətində yerli jurnalistlərlə yanaşı, 1500-dən çox jurnalist çalışacaq.


SİA-nın adıçəkilən sayta istinadən verdiyi məlumata görə, Y.O.Sand deyib: \"Biz Bakıdakı müsabiqənin 1500 jurnalistin işıqlandıracağını bilirik. Amma bu say fanatlarla bərabər təxminən 2000-ə yaxın olacaq. İştirakçı ölkələrin nümayəndə heyətləri isə 1000 nəfərdir\".


Y.O.Sandın sözlərinə görə, jurnalist, fanat və nümayəndə heyətlərinin sayı 3000 insanın Bakıya gələcəyindən xəbər verir.