\"Eurovision\"-un ilk qalibi Liz Assia Bakıya gəlir

13 May 2012 10:07 (UTC+04:00)

Eurovision Mahnı Müsabiqəsinin ilk qalibi Liz Assia Bakıdakı şouda iştirak etmək üçün Azərbaycana gəlir. SİA-nın məlumatına görə, dünyanın məşhur müsabiqəsinin İsveçrədən olan ilk qalibinin ölkəmizə səfəri mayın 24-də başlayacaq. Liz Assia Oslo və Düsseldorfda keçirilən Eurovision şoularında da qonaq qismində çıxış etmişdi.

Qeyd edək ki, Liz Assia 1956-cı ildə keçirilən Eurovision Mahnı Müsabiqəsinin qalibi olub. Xanım Assia bu il də Eurovision yarışmasında təmsil olunmaq üçün Milli Seçimlərə qatılmışdı.