Elnur Aslanov: \"İranın Azərbaycanın daxili işlərinə qarışması xoşa gələn hal deyil\" - MÜNASİBƏT

12 May 2012 16:56 (UTC+04:00)

İranın Azərbaycanın daxili işlərinə qarışması xoşa gələn hal deyil. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan özü heç bir dövlətin, ələlxüsus da qonşu dövlətlərin daxili işlərinə qarışmır: \"Ümumiyyətlə, bu məsələdə bizim siyasətimiz ondan ibarətdir ki, biz bütün dünya birliyi subyektləri ilə bərabərhüquqlu və eyni zamanda əməkdaşlıq ruhu çərçivəsində münasibətlərin qurulmasının tərəfdarıyıq. Bu baxımdan gənclərin İran əleyhinə aksiyası İranın bəzi dairələrini, bəzi düşüncə mərkəzlərini Azərbaycan əleyhinə səsləndirdikləri fikirlərinə bir reaksiyası idi".