Bakıda sərnişin avtobusu yanıb

12 May 2012 12:23 (UTC+04:00)

Bu gün səhər saat 07:00 radələrində Sabunçu-Zabrat yolunda 38 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu yanıb. Yanğin anını digər avtobusla ərazidən keçən sərnişin mobil telefonla lentə alıb. Şahidlərin sözlərinə görə avtobus sərnişinlə dolu olub və yanğin başlayan kimi sərnişinlər avtobusu tərk ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Avtobus tamamilə yararsız hala düşüb. Yanğın baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri gəlib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda sərnişin avtobusunun saat 07:33-də yanğınsöndürənlər tərəfindən söndürüldüyü bildirilir.