Yanacaqdoldurma məntəqəsini ildırım vurdu

12 May 2012 12:22 (UTC+04:00)

Beyləqan şəhəri Heydər Əliyev prospektində yerləşən "Ülvi Petrol" yanacaqdoldurma məntəqəsi gecə saat 01.02 radələrində güclü partlayışdan sonra yanmağa başlayıb. İlkin ehtimala görə, hadisə məntəqəyə ildırım düşməsi səbəbindən baş verib.

Partlayış nəticəsində yüngül xəsarət alan məntəqə işçisi Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumat üçün bildirək ki, ərazi yerli polis tərəfindən nəzarət altına alınıb. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər alovun yayılmasının və ətrafdakı evlərə keçməsinin qarşısını alıblar.



Şamxal Cəliloğlu