Azərbaycanlı müğənninin yeni çəkilmiş klipinin görüntüləri – FOTOSESSİYA

12 May 2012 10:59 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, 10 may-Gül bayramında klip çəkdirən tanınmış müğənni Günay İbrahimli söz və musiqisi Ceyhun Əliyevə məxsus "Mən sənə inanırdım" adlı mahnıya klip çəkdirirdi. SİA-nın verdiyi xəbərə görə, klip çəkilişləri paytaxtın qapalı məkanlarından birində həyata keçirildi.

Xatırladaq ki, klipin rejissoru isə ATV telekanalının aparıcılarından olan Mirsalam Mirsalamov oldu.

"Mən sənə inanırdım" adlı klipdən olan görüntüləri sia.az oxuyucularına təqdim edirik.