Azərbaycan Prezidenti yeni salınmış parkın açılışında iştirak edib

11 May 2012 20:34 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yeni salınmış parkın açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısı ərazinin əvvəlki və hazırkı görkəmini əks etdirən fotolara baxıb. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Prezidentinə məlumat verib ki, parkın salınmasına 2011-ci ilin sonunda başlanılıb. Bu, Suraxanı rayonu ərazisində sayca beşinci parkdır. Bülbülə qəsəbəsinin sakinləri bu parkda mənalı istirahət edə biləcəklər. Parkın ümumi sahəsi 17 min 538 kvadratmetrdir.