Əsgər xidməti silahını götürərək hərbi hissədən qaçıb

11 May 2012 19:07 (UTC+04:00)

Milli Ordunun əsgəri xidməti silahını götürərək hərbi hissədən qaçıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissənin əsgəri 18 yaşlı əsgər Kərim İbrahimov xidməti silahını da götürərək hərbi hissəni tərk edib. Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb. Hazırda onun tapılması istiqamətində Tərtər rayon polis şöbəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məlumat üçün bildirək ki, rayon magistral avtomobil yollarının giriş-çıxışında bir neçə yerdə postlar qurulub.

Qeyd edək ki, Kərim İbrahimov bu il yanvar ayında Lerik rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.


Şamxal Cəliloğlu