Dünyanın sonu təxirə salındı

11 May 2012 17:13 (UTC+04:00)

Arxeoloqlar Qvatemalanın şərqində Mayya sivilizasiyasına aid ən qədim təqvim aşkar ediblər. Tayfanın mirzəsinə aid evin divarına Günəş və Ay təqvimi ilə bağlı astronomik cədvəllər təsvir edilib. Təqvimə əsasən, KİV-lərdə dəfələrlə yazıldığı kimi dünyanın sonu bu ilin dekabrında yox, heç uzaq gələcəkdə də görünmür. Ən doğrusunu isə Allah bilir...