Həmsdərlərin Xankəndinə səfəri baş tutmayıb

11 May 2012 14:34 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovun (Rusiya), Robert Bradtkenin (ABŞ) və Jak Forun (Fransa) Dağlıq Qarabağa, daha dəqiq desək, Xankəndinə səfəri təxirə salınıb.


"Reqnum" İnformasiya Agentliyinə istinadən xəbər verir ki, buna səbəb pis hava şəraiti göstərilib. Bildirilib ki, səfər çərçivəsində həmsədrlərin Dağlıq Qarabağdakı qondarma qurumun rəhbəri Bako Saakyanla görüşünün olacağı planlaşdırılıbmış.


Qeyd edək ki, "Reqnum" həmsədrlərin Xankəndinə səfərlərinin əvvəllər də oxşar səbəbdən təxirə salındığına diqqət çəkib.