\"Brainpool\" şirkətinin rəhbəri: \"Azərbaycandakı bu şou daha möhtəşəm olacaq!\"

11 May 2012 09:34 (UTC+04:00)

57-ci Eurovision Mahnı Müsabiqəsi həftəsi mayın 13-dən start götürür. \"Bakı Kristal Zalı\"nda hər gün texniki və dublyor məşqləri davam edir. SİA-nın builki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 13-dən isə Eurovision 2012-nin səhnəsində Bakı şousunda təmsil olunan ölkə təmsilçilərinin iştirakı ilə məşqlər başlayacaq.


Eurovision Mahnı Müsabiqəsinin şou tərəfdaşı \"Brainpool\" şirkətinin rəhbəri Yorq Graboş Avropanın ən nüfuzlu televiziya şousunun hər zamankından çox fərqli olacağını söyləyir. \"Şou hazırlıqlarına 800-ə yaxın işçi cəlb olunub. Bu, ən böyük televiziya şoularından biri, bəlkə də ən böyüyüdur. Azərbaycandakı bu şou daha möhtəşəm olacaq!\", - deyə əlavə edib.


Eurovision 2012 şousunun aparıcıları - Eldar, Leyla və Nərgiz də səbirsizliklə bu mötəbər layihənin tamaşaçılarını efirdən salamlamağa tələsir. Şou hazırlıqları ilə bağlı ən son görüntüləri və maraqlı yenilikləri video reportajımızdan izləyin.