Millət vəkili Ulu öndərin 90 illik yubileyi ilə bağlı təklif verdi

10 May 2012 15:59 (UTC+04:00)

\"Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı indidən hazırlıqlara başlanmalı, Milli Məclis tərəfindən müxtəlif işlər həyata keçirməlidir\". SİA-nın xəbərinə görə, bunu millət vəkili Rəfail Hüseynov Milli Məclisdə ulu öndərin anadan olmasının 89-cü ildönümü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, Heydər Əliyevin istər Naxçıvanda, istərsə də Milli Məclisdəki fəaliyyəti onun həyatının önəmli tarixlərindən biridir. 90 illik yubiley ərəfəsindən Milli Məclis tərəfindən ulu öndərə həsr olunan filmin çəkilməsini təklif edən millət vəkili qeyd edib ki, burada onun spiker fəaliyyəti geniş işıqlandırılmalıdır. Çəkiləcək filmin "Heydər Əliyev-spiker" adlandırılmasını arzulayan deputat qeyd edib ki, burada onun spiker kimi fəaliyyət göstərdiyi tarixə dair araşdırmalar əks olunsa, daha yaxşı olar: "Tarix boyu Azərbaycanın dəyərli spikerləri olub. Milli Məclis də ulu öndər Heydər Əliyevin spikerlik dövrü ilə bağlı film çəksə, bu ümummilli liderin 90 illik yubileyinə önəmli töhfə olar".