Novruz Məmmədov: \"Ermənistanda keçirilmiş parlament seçkiləri şoudur\"

10 May 2012 12:54 (UTC+04:00)

"Ermənistanda keçirilən parlament seçkilərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə heç bir təsiri ola bilməz". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Şöbə müdiri Ermənistanda keçirilmiş parlament seçkilərini şou adlandırıb: "Ermənistanda keçirilən bu səsvermə, ümumiyyətlə, özlərinin təşkil etdiyi bir şoudur. Çox təəssüflər olsun ki, qərb də bu şouya müəyyən təəssübkeşlik göstərərək bu seçkilərə şəffaf və demokratik don geyindirmək istəyir".