Azərbaycan yığması qələbə qazanıb

10 May 2012 11:40 (UTC+04:00)
Lənkəran şəhər Mərkəzi stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığma komandaları arasında yoldaşlıq oyunu baş tutub. Siasport.az saytının məlumatına görə, gözəl oyun nümayiş etdirən Azərbaycan yığması qarşılaşmada 4:0 hesabı ilə qələbə qazanıb.

Məlumat üçün bildirək ki, qolların müəllifləri Aysun Əliyeva, Sevinc Cəfərzadə, Aliyə Vəliyeva və Süsən Mənsimova olub.