Faiq Ağayevin pulsuz konsertində izdiham yaşanıb-FOTOSESSİYA

10 May 2012 11:34 (UTC+04:00)

ATV telekanalında yayımlanan "Arxiv" verilişinin növbəti qonağı Azərbaycanın xalq artisti, cənab Qızıl Şlyager Faiq Ağayev oldu. SİA-nın məlumatına görə, ifaçı verilişə jurnalist Tahirə Məmmədqızı ilə birgə qatıldı.


Rüfət Ağayevin aparıcılı ilə baş tutan verilişdə xalq artisti çoxsaylı fanatları ilə də görüşdü. \"Arxiv\"də bir neçə maraqlı suallar da verildi. 100% F.A hər zamanki alicənablığı ilə fanatlarının suallarını cavablandırdı.

Xalq artistinin sənətə gəldiyi gündən yığılan \"Arxiv\" məhz bu verilişdə açıldı. Faiq Ağayev həmin günü mini-konsertlə də pərəstişkarlarını sevindirdi. Şəhər əhlinin axın etdiyi konsertə giriş də pulsuz olub. Cənab Qızıl Şlyageri sevənlər isə sözün əsl mənasında izdiham yaradıblar.