Azad Rəhimov: “Gəncləri bu idman növünə cəlb etmək lazımdır”- AÇIQLAMA

9 May 2012 14:12 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda ilk dəfə olaraq Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Beynəlxalq Velosipedçilər İttafıqının təşkilatçıılığı iləÜmummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş beynəlxalq velosiped yarışı keçirilir. SİA-nın məlumatına görə, tədbirdə iştirak edən Gənclər və İdman naziri Azad Rəhimov turnirlə bağlı ekskluziv açıqlama verib: "Ilk dəfə olaraq müasir Azərbaycanda 17 ölkədən ibarət beynəlxalq velosiped üzrə turnir keçirilir. Belə turnirlər Azərbaycanda yox idi. Sözsüz ki, ən vacib məsələlərdən biri ondan ibarətdir ki, bu idman növü dünyada böyük maraqla qarşılanır. Azərbaycabda bu idman növünü populə etmək, gəncləri bu idman növünə cəlb etmək və gələcəkdə yüksək nailiyyətlər əldə etmək lazımdır. Adətən Azərbaycanda belə bir yarışlar keçiriləndə ənənəvi xarakterə keçir və hər il keçirilir. Biz istərdik ki, bu yarış hər il keçirilisin".