Tehranda keçirilən XXV Beynəlxalq Kitab sərgisində Azərbaycana aid bölmə böyük maraq doğurub

8 May 2012 22:28 (UTC+04:00)

Tehranda keçirilən XXV Beynəlxalq Kitab sərgisində Azərbaycana aid bölmə fəaliyyət göstərir.

Bölmədə ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi uğurlarını, sosial-iqtisadi inkişafını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Şuşanın işğalı və 20 Yanvar faciəsinin dəhşətləri barədə məlumatları, ölkəmizə aid digər tarixi, siyasi və mədəni həqiqətləri əks etdirən kitab və jurnallar sərgilənib.

Azərbaycanın müasir inkişafını əks etdirən rəngarəng fotolar da ziyarətçilərdə böyük maraq doğurub.

Sərgi mayın 13-dək davam edəcək.

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri