Böyük Kəsik stansiyasındakı lokomotiv briqadalarının istirahət evi əsaslı təmir edilib - FOTO

8 May 2012 14:30 (UTC+04:00)

Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub.

Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə,

Ulu öndərin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir. Ümumiyyətlə son illər ərzində ölkə nəqliyyat sisteminin əsas sahələrindən bir olan dəmir yolunun perspektiv inkişafı üçün ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul olunub, sərəncamlar imzalanıb.

Son illər Azərbaycan dəmir yolunun xətt boyu yerləşən idarə, müəssisə və təşkilatlarında əsaslı islahatlar prosesinə start verilib və sərhəd-keçid məntəqələri islahat və yenidənqurma işlərinin mərkəzinə çevrilib. Sərhəd-keçid məntəqəsində iş və istirahət şəraitinin yaxşılaşdırılması son nəticədə qatar mübadiləsinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə xidmət edir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Böyük Kəsik stansiyasında (Gürcüstanla sərhəl-keçid məntəqəsində) lokomotiv briqadalarının istirahət evinin əsaslı təmirdən sonra istifadəyə verilməsi də bunun bariz nümunəsidir.

Açılış mərasimində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli, kütləvi informasiya vasitələrinin nümayəndələr, dəmiryolçular və yerli əhali iştirak edib, yaradılan şəraitlə tanış olublar.