Azərbaycan müğənniləri Yevlax, Mingəçevir və Gəncə şəhərlərinə üz tutub-FOTOSESSİYA

8 May 2012 11:27 (UTC+04:00)

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi məqsədilə Mingəçevir, Yevlax, Gəncə şəhərlərində "Gənclik və azərbaycançılıq məfkurəsi" adlı təbliğat kampaniyası çərçivəsində xalq konsertləri keçirilib. SİA-nın məlumatına görə, minlərlə gəncin iştirak etdiyi konsert proqramında respublikanın tanınmış incəsənət ustaları və gənc müğənnilər də iştirak ediblər.

Tədbirlərdə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev, ərazi üzrə seçilmiş millət vəkilləri, şəhər icra hakimiyyətlərinin başçıları, müxtəlif gənclər təşkilatlarının rəhbərləri, əlaqədar idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər və tələbələr iştirak edib.

Kampaniya zamanı Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliğ edilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb.