Millət vəkilləri Əlcəzairdəki parlament seçkilərini izləyəcəklər

8 May 2012 10:12 (UTC+04:00)

Milli Məclisin deputatları Mirkazım Kazımov və Xanhüseyn Kazımlı mayın 9-da Əlcəzair Xalq Demokratik Respublikasına səfərə yola düşəcəklər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, onlar İslam Əməkdaşlığı Təşkilatının xətti ilə müşahidəçi qismində parlament seçkilərini izləyəcəklər. Deputatlar ölkə parlamentinin aşağı palatasına–Milli Xalq Assambleyasına mayın 12-də keçiriləcək seçkilərin gedişini Əlcəzair şəhərində izləyəcəklər.

Müxtəlif seçki məntəqələrində müşahidə aparacaq, seçicilərin fəallığına, seçki prosesində demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər. Səfər mayın 14-də başa çatacaq.