Ermənistanda saxtalaşdırılmış parlament seçkilərinin nəticələri bəlli oldu

7 May 2012 12:45 (UTC+04:00)

Ermənistanda parlament seçkilərinin ilkin nəticələri bəlli olub. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, seçkilərdə əhalinin səsə\\vermə hüququ olan şəxslərin 62,33 faiz iştirak edib. Exit-polların nəticələrinə görə, seçkilərdə iqtidar Ermənistan Respublika Partiyası 44,44 faiz, "Çiçəklənən Ermənistan" - 28,81 faiz, Erməni Milli Konqresi - 6,33 faiz, "Orinats yerkir" Partiyası - 6,16, "İrs" Partiyası - 5,92, "Daşnaktsutyun" Partiyası isə 5,18 faiz səs yığıb.

Verilən son xəbərə görə, Ermənistanda dünən keçirilən parlament seçkilərinin nəticələri açıqlanmaq üzrədir. İlkin məlumatlara görə, hakim Respublikaçılar Partiyası öz rəqiblərindən 20 faiz fərqlə üstünlük əldə edir.

Lakin seçki məntəqələri işə başlayandan kütləvi informasiya vasitələri və İnternet sosial şəbəkələrində seçki əsnasında çoxsaylı pozuntulara yol verildiyi haqqında məlumatlar yayılmağa başlayıb. İlk dəfə səsvermədə iştirak edən seçicilərin pasportlarına müvəqqəti möhür vurulur. Möhürün mürəkkəbi 12 saat ərzində öz özünə buxarlanıb yox olmalıdır. Lakin mətbuatda yazılıb ki, bu prosesin dəqiqələr ərzində baş verməsi pasport sahibinə təkrar səs verməyə imkan verir. Müxalifət nümayəndələri pozuntuların kütləvi xarakter daşıdığını və qabaqcadan düşünülmüş plan üzrə gerçəkləşdirildiyini bildirirlər. İqtidar nümayəndələri və iqtidarmeylli informasiya vasitələri səsvermə zamanı heç bir pozuntu müşahidə etmədiklərini iddia edən seçiciləri iqtibas edirlər. Müxalifət o cümlədən ordu hissələrində hərbçilərin müəyyən qüvvənin lehinə səs verməyə məcbur edildiyini qeyd edirlər. Müdafiə Nazirliyi bəyanat yayıb, bu məlumatların həqiqətə uyğun olmadığını və milli ordunu nüfuzdan salmaq cəhdlərinə qarşı ciddi tədbirlər görüləcəyini bəyan edir.

Seçkilər bitdikdən sonra Ermənistan prokurorluğu seçkilər zamanı baş verən qanunsuzluqlarla bağlı 84 məlumatın araşdıracağı ilə bağlı məlumat yaydı. Bunlar xüsusən seçki siyahılarına vətəndaşların əlavə edilməsi barədə idi. Başqa məlumat pasportun alınmasına, pasportun işlətmə müddətinin qurtarılmasına, polis əməkdaşı tərəfindən hörmətsizliyə seçkiqabağı videoçarxın nümayişə, rüşvətlərin verilməsinə və başqa pozuntulara aid idilər. Eyni zamanda Şenqavit rayonunda bazar günü keçirilən parlament seçkilərinin zamanı seçki məntəqəsində iki polis döyülüb. Ermənistan baş prokurorluğunun yaydığı digər məlumatda deyilir ki, Artur Kazaryan adlı şəxs sərxoş vəziyyətdə olarkən ictimai asayişi pozub. İki polis əməkdaşı Kazaryanı nizam-intizama dəvət etməyə çalışıb, lakin sonuncu polisləri döyərək onlara bədən xəsarətləri yetirib. Hazırda Kazaryan saxlanılıb, ona qarşı "hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq edilməsi" maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, seçkilərdə cəmi səkkiz partiya və bir seçki bloku iştirak edib.