Fransanın yeni prezidenti Fransua Olland oldu

7 May 2012 09:33 (UTC+04:00)
Fransada prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb. SİA-nın xəbərinə görə, seçkilərin nəticələrinə görə, Fransanın yeni prezidenti sosialistlərin namizədi Fransua Olland olub. O, seçicilərin 52 faiz səsini toplayıb.

Sağ mərkəzçilərin namizədi Nikola Sarkozi isə 48 faiz səs toplayıb.