Sibirdə meşə yanğınlarının sahəsi artır

6 May 2012 16:38 (UTC+04:00)
Rusiyanın Sibir bölgəsində meşə yanğınlarının sahəsi bir sutkada iki dəfə artıb və 6493 hektardan 10995 hektara qalxıb. SİA-nın Rusiya FHN-ə istinadən verdiyi xəbərə görə, meşələr əsasən Şərqi Sibirdə yanır. Ən çətin vəziyyət Zabaykal diyarında yaranıb. Meşə yanğınlarının əsas səbəbi yerli sakinlərin odla ehtiyatsız davranması, həmçinin əkin qabağı tarlaların yandırılmasıdır. Rusiya ekspertləri düşünür ki, yanğınlar artaraq yeni ocaqlara yayılacaq.