Prezident İlham Əliyev Bakıya qayıdıb

6 May 2012 15:44 (UTC+04:00)
Amerika Birləşmiş Ştatlarına işgüzar səfərini başa vuran Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də Bakıya qayıdıb. SİA-nın verdiyi xəbərə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.