Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün növbəti sınaq imtahanı keçirir

6 May 2012 14:23 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün növbəti sınaq imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, imtahanın nəticələri sabah komissiyanın rəsmi internet saytında (www.tqdk.gov.az) yerləşdiriləcək. Abituriyentlər nəticələr barədə məlumatı mobil telefonla "İmtahancell" (Azercell nömrələrindən), "Cavab" (Bakcell nömrələrindən) və "Imtahan-info" (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə bilərlər. Sonuncu sınaq imtahanı mayın 20-də keçiriləcək.