Akkord Korporasiyası Xocalı məktəbliləri üçün məktəb binası inşa edib - FOTO

5 May 2012 18:19 (UTC+04:00)

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin öz yurd-yuvasından didərgin düşmüş Xocalı sakinlərinə qayğısı davam edir. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən SİA-ya verilən məlumata görə, Şuşa şəhərinin işğalı ərərfəsində Korporasiyanın həyata keçirdiyi tədbir Sabunçu rayonunun Qızılqum qəsəbəsində məskunlaşmış xocalılar üçün yeni məktəb binasının açılışı ilə bağlı olub.


Uzun illər ərzində yararsız vəziyyətdə olan köhnə məktəbin yaxınlığında yeni məktəb binasının inşaat işlərinə Korporasiya iki ay bundan əvvəl başlayıb. Qısa müddət ərzində ümumi sahəsi 225 m2 olan 8 sinif otağı, bir kitabxana və müəllimlər otağı tikilərək başa çatdırılıb. Bununla yanaşı, ərazidəki köhnə məktəb binasında da təmir işləri aparılıb, ümumi sahəsi 2400 m2-ə yaxın olan məktəbyanı sahədə yaşıllaşdırma və abadlıq işləri görülüb. Yeni məktəb binasını tamamladıqdan sonra Korporasiya sinf otaqlarının partalar, yazı taxtası və s. məktəb avadanlıqları ilə təminini də həyata keçirib. Ümumilikdə, məktəbin tikintisinə Korporasiya tərəfindən 100 min manata yaxın vəsait sərf olunub.


Mayın 5-də Korporasiyanın rəsmiləri, Xocalı rayon icra hakimiyyətinin Şahmar Usubov, Milli Məclis deputati Elman Məmmədov, Xocalı rayon Təhsil Şöbəsinin müdiri Məhəmməd Şükürov, Xocalı şəhər icra nümayəndəsi Sovet Allahverdiyev və Xocalı şəhər 2 saylı tam orta məktəblinin müəllim və şagird kollektivi məktəb binasının açılış mərasimində iştirak ediblər. Acılış mərasimində çıxış edən natiqlər Akkord Korporasiyasının Baş Direktoru Xaqani Quluzadəyə və bütün "Akkord" kollektivinə minnətdarlıqlarını bildirdilər.


Xocalı şəhər 2 saylı tam orta məktəblinin direktoru Fiqurə Rüstəmova çıxış edərək onlara göstərilən bu etimada təhsildə əldə edəcəkləri nailiyyətlərlə cavab verəcəklərini bildirdi. Şuşa şəhərinin işğalı ərərfəsində belə bir addımın atılmasının həsas bir əməl olduğunu bildirdi.