Basketbol üzrə yığma komandaya amerikalı mütəxəssis cəlb olunub

5 May 2012 12:55 (UTC+04:00)

Avropa çempionatının seçmə oyunlarında daha yaxşı nəticə göstərmək məqsədilə Basketbol Federasiyasının rəhbərliyi milli komandaya yeni amerikalı basketbol mütəxəssisini cəlb edib. Siasport.az saytının məlumatına görə, Əli Camal Ton milli yığmanın baş məşqçisi Elxan Əliyeva təsnifat mərhələsinin oyunlarında məşqçi Elşən Yusubovla yanaşı kömək edəcək.

Məlumat üçün bildirək ki, 1990-1994-cü illərdə Əli Ton Türkiyənin gənclərdən ibarət (U-20) milli yığmanın üzvü olaraq Fransa, İsveç və Türkiyədə keçirilən beynəlxalq turnirlərdə iştirak edib. Daha sonra 1995-1999-cü illərdə ABŞ-nın "Devidson" kollecində təhsil alarkən kollec komandasının tərkibində amerikada keçirilən müxtəlif səviyyəli basketbol yarışlarında iştirak edib. 1999-2003-cü illərdə isə peşəkar basketbolçu kimi Türkiyənin Basketbol Liqasının "Maydanose" kollec, "Türk Telekom" və "Qalatasaray" komandalarının tərkibində çıxış edib.

Qeyd edək ki, məşqçi kimi Ton öz peşəkar fəaliyyətinə "Devidson" kollecində başlayıb. O, yerli "Uayldkets" komandasını cənub konferensiyasının cənub divizionunda qalib edib. Sonra Camal Ton Nyu-yorkun "Binqhempton" Universitetinin ilə iki illik müqavilə bağlayıb. Nəhayət 2005-ci ilin yayında o Türkiyənin gənclərdən ibarət milli yığmasının baş məşqçisinin köməkçisi qismində Avropa çempionatında iştirak edib. Azərbaycana dəvət edilməmişdən öncə Ton Kaliforniyanın "İrvayn" Universitetinin komandasında baş məşqçinin köməkçisi işləyirdi.