Mətanət Əsədova: “Axı, mən sənətkaram”

5 May 2012 12:58 (UTC+04:00)

Azərbaycanlı ifaçı, özünü sənətkar adlandıran Mətanət Əsədova şou-biznesdəki mədəniyyətsiz müğənnilərdən söz açıb. SİA-ya açıqlama Mətanət xanım həmkarlarını az qala "yıxıb-sürüyüb": "Şou-biznesdə mədəniyyətsizlərin sayı çoxdur. Ancaq mən onları görmürəm. Çünki insanlığı, mədəniyyəti və sənəti görürəm. Qalmaqallarla da aram yoxdur. Dava-dalaşdan kənar insanam. Axı, mən sənətkaram, olmaz. Hər şeydən öncə qalmaqal etmək xanıma yaraşmaz".

Açıqlaması zamanı Mətanət xanım özünə müxtəlif titullar verən ifaçıları da unutmadı: "Bu vaxtadək özümə heç bir ləqəb götürməmişəm. Çünki Mətanət Əsədova və ya sənətkar deyəndə kifayət edir".