Rəşad Sadiqov Ağdamdan Bakıya niyə geri göndərildi?

5 May 2012 10:03 (UTC+04:00)
"Qarabağ" Futbol klubunun futbolçusu Rəşad Sadiqovun başqa bir klubla müqavilə bağlaması barəsində xəbərlər təsdiqlənib. Siasport.az saytının klubun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, hazırda Ağdamda olan və "İnter"lə vacib görüşə hazırlaşan komanda üçün gözlənilməz xəbər sonucunda futbolçuyla görüşülüb və hazırda kapitan statusu daşıyan futbolçunun başqa klubla danışıq aparması təsdiqlənib.

Qeyd edək ki, klub rəsmiləri tərəfindən çempionatın ən gərgin anında komanda üçün mühüm funksiya daşıyan kapitanın belə vacib məqamda gənc futbolçulara örnək olmaq əvəzinə başqa klubla anlaşma imzalamasının qeyri-etik olması və bu açıqlamasıyla komandaya vurduğu mənəvi zərbəyə görə Rəşad Sadiqov dərhal Ağdamdan Bakıya göndərib.