Fidel Kastro Obamanı Bin Ladenin öldürülməsinə görə günahlandırdı

5 May 2012 01:42 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama "Əl-Qaida" lideri, terrorçu Üsamə Bin Ladenin aradan götürülməsinə qərar vermək hüququna malik deyildi. Bunu Kuba lideri Fidel Kastro deyib.


168.az dünya mediasına istinadən xəbər verir ki, Kuba lideri bu kimi hərəkətləri özbaşınalıq adlandırıb. "ABŞ-ın prezidenti cəllada çevirilərək dünyanın başqa hissəsində yerləşən ölkədə mühakimə etmək, öldürməklə cinayət törətmək hüququna malikdirmi?", - deyə o vurğulayıb.


F.Kastronun sözlərinə görə, Obama elə hərəkət edir ki, guya dünya kütləvi qətllərdən, müsəlmanların dini kitablarının yandırılmasından və onların cəsədlərinin təhqirindən xəbərdar deyil.


Qeyd edək ki, mayın 2-də Üsamə Bin Ladenin öldürülməsindən bir il keçir.