Pakistanda terror 20 nəfərin ölümünə səbəb oldu

4 May 2012 16:01 (UTC+04:00)

Bu gün Pakistanın şimal-qərbində yerləşən Bajur bölgəsinin mərkəzi Xarda ərazisində terror hadisəsi baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, silahlı hücum polis məntəqəsi yaxınlığında, əhalinin daha sıx olduğu meydanda baş verib. Əsas hədəf isə polis məntəqəsi olub. Silahlı hücum nəticəsində 20 nəfərin öldüyü, 42 nəfərin isə yaralandığı bildirilib. Ölənlərdən 4-nün polis olduğu müəyyənləşib.

Hadisəni heç bir silahlı qruplaşma öz üzərinə götürməyib. Yerli təhlükəsizlik qüvvələri də hadisənin kimlər tərəfindən törədilməsi ilə bağlı məlumatın olmadığını bəyan ediblər. Ancaq terror hadisəsini 14-18 yaşlarında bir qrup gəncin iki gün əvvəl Usamə Bin Ladenin ölümünün ildönümünü ilə bağlı qisas məqsədi ilə həyata keçirdikləri ehtimalı da gündəmdədir.


Mənzər Ərçəqızı