Səidə Sultan: “Mənim düşmənim ancaq ermənilər ola bilər”

4 May 2012 15:12 (UTC+04:00)

Azərbaycanlı müğənni Səidə Sultan şou-biznesdə olan düşmənlərindən söz açıb. Müğənni xanım ona qara yaxmaq istəyən insanların çox olduğunu dilə gətirib. SİA-ya açıqlama verən Səidə bunları deyib: "Şou-biznes aləmində düşmənim yoxdur. Çünki mənim düşmənim ancaq ermənilər ola bilər. Ancaq üzümə gülüb arxamca danışanlar, qara yaxanlar belə olub. Bu vaxtadək mənə pislik edən insanlara deməmişəm ki, başına oyun açacağam. Çünki hər zaman yaxşılıq etmək niyyətindəyəm. Qorxuram ki, nə vaxtsa mənim də başıma pis hadisə gələ bilər. Odur ki, yaxşılıq etmək lazımdır. İnsan ancaq rəhmət qalacaq".

Sevib-sevilmək istəyən ifaçı axtarışında olduğu \"ağ atlı oğlan\" haqda da ağızdolusu danışıb: "Sevilməyinə yetərincə sevilirəm. Ancaq özüm də sevmək istəyirəm. Mənim sevə biləcəyim insan ağır təbiətli, hər şeyin yerini bilən və sözün əsl mənasında kişi olmalıdır. Qadının yanında ürəyi istədiyi kişi gedəndə özünü dünyanın xoşbəxti hesab edir. Hələ ki, həyatımda elə bir insan yoxdur",-deyə bildirib.