Azərbaycan yığmasının rəqibi heyətini açıqlayıb
4 May 2012 13:59 (UTC+04:00)
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan komandası iyunun 1-də daha bir görüş keçirəcək. Siasport.az saytının məlumatına görə, Norveçin Drammen şəhərindəki Marienlyst stadionunda, Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq Norveç – Azərbaycan oyunu üçün Norveç yığmasının heyəti açıqlanıb.Qeyd edək ki, rəqib komandanın heyətində aşağıdakı futbolçular çıxış edəcək:
Orjan Niland, Arild Ostbö, Vegar Eggen Hedenstad, Conatan Tollas Nation, Fredrik Semb Berge, Stefan Strandberq, Yoakim Vage Nilsen, Martin Linnes, Yann-Erik de Lanley, Magnus Volf Eikrem, Harmeet Singh, Tomas Drage, Fredrik Ulvestad, Jo İnge Berget, Anders Konradsen, Omar Elabdellaoui, Markus Pedersen, Coşua Kinq, Torqeyr Borven, Mushaga Bakenqa.