Novruz Quliyev: “Yeni Zooloji park Ceyranbatan qəsəbəsində yaradılacaq”

4 May 2012 13:50 (UTC+04:00)
\"Yeni Zooloji parkla bağlı işlər davam etdirilir. Layihə demək olar ki, tam hazırdır\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müavini Novruz Quliyev deyib. Onun sözlərinə görə, parkın tikintisi əvvəllər Qobu tərəfdə planlaşdırılsa da müəyyən səbəblərə görə bu reallaşmayıb: "Hazırda yeni məkan Ceyranbatan qəsəbəsində müəyyənləşdirilib. Orada tikinti işlərinə uyğun yer ayırd ediləcək. Belə ki, bütün layihə, smeta sənədləri müəyyənləşəndən sonra tikintiyə başlanılacaq. Deyə bilərəm ki, yeni park çox unikal, tamamilə fərqli bir zooloji park olacaq".