Fatih Terim Joze Maurinyonun razılığını aldı, \"Real\"ın futbolçusu \"Qalatasaray\"a gəlir!

4 May 2012 13:13 (UTC+04:00)
\"Qalatasaray\" futbol klubunun baş məşqçisi Fatih Terim. mövsüm bitən kimi Madrid \"Real\"ının ulduz futbolçusunu heyətə qatmağı planlaşdırır. Siasport.az saytı xəbər verir ki, \"imperator\" ləqəbli futbol mütəxəssisi, kral klubunda daha çox ehtiyatda qalan Nuri Şahini \"Qalatasaray\"a gətirmək niyyətindədir. Türkiyənin nüfuzlu \"Miliyyet\" qəzeti yazır ki, F.Terim \"Real\"ın sükanı arxasında olan yaxın dostu Joze Maurinyo ilə bu məsələni müzakirə edərək poruqlaiyalıdan müsbət cavab alıb. Onsuz da ehtiyat oyunçular skamyasında gün keçirən milli futbolçunun da F.Terimlə birgə çalışmağa razı olduğu verilən xəbərlər arasındadır.