Test yoxlamasının nəticələri açıqlandı

4 May 2012 13:02 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərinin IV siniflərində test yoxlaması keçirilib. İdarədən SİA-ya verilən xəbərə görə, test yoxlamasında şagirdlərə hər birində 15 sual olmaqla 10 variantda tapşırıqlar təqdim olunub. Bu test yoxlamasında iştirak edən 31000 - ə iştirakçıdan təxminən 29500 – ü şagird, 1300 – ü isə müəllim olub.

Artıq cavablar idarədəki optik oxuyucu cihaz vasitəsilə oxunub və nəticələr bəllidir. İbtidai təhsilin son pilləsində oxuyan şagirdlər arasında keçirilən test yoxlamasının nəticələri dünən və bu gün məktəblərə çatdırılmaqdadır. Hər il olduğu kimi, yoxlamanın nəticələri Təhsil Şurasında müzakirə ediləcək.