Birləşmiş Ərəb Əmirliyinin rəsmiləri Şuşa barədə məlumatlandırıldı

4 May 2012 11:08 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov Şuşanın işğalının 20-ci ildönümü ərəfəsində AUGAF - milli, xeyriyyəçilik və islam məsələləri üzrə nazirliyin məsul əməkdaşı Məhəmməd Matar Əl-Zahiri ilə görüşüb. Samir İmanovun SİA-ya verdiyi xəbərə görə, nazirliyin digər rəhbər vəzifəli əməkdaşlarının da iştirak etdiyi görüşdə Qarabağ münaqişəsi, onun Azərbaycan xalqının və dövlətinin tarixində açdığı ağrılı, dəhşətli, faciəli izləri və ayrıca olaraq Şuşanın işğalı haqqında məlumat verilib.

Görüşdə Samir İmanov Xocalı soyqırımı haqqında məlumat verərək bunu əsrin ən böyük cinayətlərindən biri olduğunu qeyd edib. S.İmanov AUGAF rəhbərliyinə Şuşa şəhərinin qədim tarixi, onun necə səfalışə olduğunu şərh edib. Daha sonra Şuşa haqqında ərəb dilində hazırlanan ədəbiyyatları, habelə İrəvan xanlığının (indiki Ermənistanın paytaxtının) da yaxın zamanlara qədər Azərbaycanın ərazisi olması haqqında onlara məlumat verib və bu faktları təsdiq edən çoxlu sayda materialları hədiyyə edib. Sonra S.İmanov erməni işğalçılarının Dağlıq Qarabağ və ətraf ərazilərdəki 7 rayonları zəbt etməsi barədə onları tarixi ardıcıllıqla məlumatlandırıb. Cəmiyyət sədri ermənilərin tarixi Azərbaycan ərazilərinə sonradan və hansı şəraitdə köçürülməsi haqda da danışıb. S.İmanov Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, xalqımıza məxsus tarixi-mədəni, dini abidələri, məscidləri və qəbiristanlıqları dağıtmaları, dinc soydaşlarımıza qarşı törədilən soyqırımı aktları, eyni zamanda, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsi barədə Dubay rəsmilərini ətraflı məlumatlandırıb.

Görüşdə həmçinin, BƏƏ rəsmilərinə Azərbaycan Respublikasının bugünki sürətli iqtisadi inkişafı, dünya enerji təhlükəsizliyi sistemindəki yeri və rolu, iştirak etdiyi beynəlxalq enerji layihələri, habelə Azərbaycanın mayın 1-dən BMT TŞ sədrliyə başlaması və beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, diasporumuzun dünyada getdikcə inkişaf edərək güc və söz sahibinə çevrilməsi barədə də geniş məlumat verilib. Sonda Samir İmanov mayın 22-də Azərbaycanda başlayacaq "Eurovision 2012" mahnı müsabisi haqda da onlara məlumat verib və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımının dünya şöhrətli müsabiqəyəverdiyi dəstəyi onların nəzərinə çatdırıb. Görüş iştirakçıları verilən ətraflı məlumata görə Samir İmanova təşəkkür edib və dəvət olunarlarsa məmnuniyyətlə müsabiqəni izləmək və Azərbaycanı yaxından tanımaq arzusunda olduqlarını bildiriblər. Onlar xatırlayıblar ki, S.İmanovla aralarında keçirilən ilk görüşdən sonra 2011-ci ildə Qarabağın qaçqın və məcburi köçkünlərinə BƏƏ-də qeydiyyatdan keçmxeyriyyə cəmiyyətləri vasitəsilə 4 milyon dirhəmdən artıq ( 1,200000 dollar) məbləğində yardım edilib. Bu yardım indi də davam edir və bu kimi görüşlər bizim əlaqələrimizin daha da möhkəmlənməsinə öz töhvəsini verir.

Eyni məzmunlu görüşü Samir İmanov Dubayın Ticarət və Sənaye palatasının rəhbərliyi ilə də keçirib.