ABŞ-da tibbi fırıldaqlara görə 83 nəfər həbs edildi

3 May 2012 23:48 (UTC+04:00)

ABŞ-nin Baş pokuroru Erik Holder və səhiyyə naziri Keytlin Sebelius fırıldaqçıların tarixdə ən böyük saxta tibbi hesablarının faş olunduğunu bəyan ediblər. "The Hill" qəzeti xəbər verir ki, bu işdə əli olan həkimlər, tibb bacıları və digər əməkdaşlar da daxil olmaqla 83 nəfər həbs edilib.Ümumilikdə isə 107 nəfər şübhəli bilinir.


İstintaq məlumatına əsasən, olmayan tibbi xidmətlərə görə hesablar yazılaraq dövlətdən 452 min dollar vəsait alınıb. Amma dəqiq nə qədər vəsaitin mənimsənildiyi barədə hələlik məlumat verilmir. Ehtimal edilir ki, bu rəqəm dəfələrlə artacaq.


Fırıldağın üstü açıldıqdan sonra ən azı şübhıli bilinən 52 xəstəxana və klinikaya ödənişlər dayandırılıb.


Ümumiyyətlə,fırıldaqçıların şəbəkəsinin fəaliyyətilə 2007-ci ildən Ədliyyə və Səhiyyə nazirlliklərində yaradılmış xüsusi qrup məşğul olub. Həmin müddət ərzində ümumi məbləğ 4 milyard dollar olmaqla onlarla işin üstü açılıb və 1330 nəfər həbs edilib.