ADU-da “Ümumdünya mətbuat azadlığı günü” qeyd olunub - FOTO

3 May 2012 16:46 (UTC+04:00)

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində BMT-nin İctimai İnformasiya departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviçin təşkilatçılığı ilə "Ümumdünya mətbuat azadlığı günü" adlı tədbir keçirilib.Tədbirdə ADU-nun müəllim və tələbələri iştirak edib.

ADU-dan SİA-ya verilən məlumata görə, Envera Selimoviç Ümumdünya Mətbuat Azadlığı Günü 3 may 1993-cü ildən qeyd edildiyini bildirib. Bosniya müharibəsi zamanı jurnalist kimi fəaliyyət göstərən Envera Selimoviç çıxışında ADU tələbələri ilə öz təcrübəsini bölüşərək jurnalistlərin çətin şərtlər altında fəaliyyət göstərməsindən bəhs edib.

Daha sonra bu günlə əlaqədar "Sarayevo xoş gəlmisiniz" filmi nümayiş olunub.

Qeyd edək ki, tədbirin məqsədi Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd etməkdir.