Metrodan istifadə edən sərnişinlərin sayı artıb

3 May 2012 15:15 (UTC+04:00)
Cari ilin mart ayı ərzində Bakı Metropolitenindən 17 milyon sərnişin yararlanıb, bu göstərici fevral ayına nisbətən 12,6 faiz çoxdur. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, cari ilin yanvar-mart aylarında metrodan 47,5 milyon sərnişin istifadə edib, ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 8,7 faiz çoxdur.