"Fiorentino"nun baş məşqçisi futbolçunu yumruqladığı üçün işdən qovulub

3 May 2012 13:57 (UTC+04:00)
İtaliya A Seriyasında baş məşqçi dəyişikliyi baş verib. Siasport.az saytı xəbər verir ki, "Fiorentina" klubunun rəhbərliyi, baş məşqçi Dello Rossini işindən qovub. Buna səbəb, "Novara" ilə keçirilən qarşılaşmada, baş məşqçinin oyundan çıxan "Fiorentina"lı serbiyalı futbolçu Adem Ljajicin üzərinə yürüyərək onu yumruqlaması olub. Baş məşqçinin onu oyundan çıxarmasına etiraz edən serbiyalı futbolçu, bu etirazını kəskin şəkildə ifadə etdiyi üçün baş məşqçi tərəfindən yumruğa "qonaq edilib". Klubun prezidenti Andre Dalle Valle isə İtaliya mətbuatına verdiyi açıqlamada bildirib ki, o belə bir məşqçi ilə işləməyi məqbul hesab etmir və onunla yolları ayırmaq qərarında qətidir.