Suriyada qarşıdurmalar səngimək bilmir

3 May 2012 10:40 (UTC+04:00)
Bu gün Suriyada növbəti dəfə qarşıdurmalar yaşanıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, adı çəkilən ölkənin müxtəlif şəhərlərində baş vermiş hücumlarda ölənlərin sayı 19 nəfərə çatıb. Hadisə nəticəsində xeyli sayda insan isə yaralanıb. Əməliyyatlar zamanı həyatını itirən 15 əsgərin cənazəsi bu gün öz ölkələrinə göndərilib.