Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarında səfərdədir

3 May 2012 09:28 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev mayın 2-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə gəlib. SİA-nın məlumatına görə, səfərin məqsədi Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü ilə bağlı tədbirdə və BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında iştirak etməkdir.