"Çelsi" klubundan uğursuzluqla ayrılan Andre Villas Boaşın növbəti hədəfi İtaliyanın aparıcı klublarından biridir. Siasport.az saytı xəbər verir ki, "Porto"nun keçmiş çalışdırıcısının yeni mövsümdən "Roma"nın sükanı arxasına keçəcəyi gözlənilir. "Roma"nın bu mövsüm uğursuz çıxışı rəhbərliyi narahat edir. Mövsümün sonunda Luiz Enrike ilə yollarını ayıracaq paytaxt təmsilçisi mövsümün sonunda Boaşla danışıqlara başlayacağı gözlənilir.